“SABAH” qruplarına qəbul olanların sayı artıb 

17:10 28.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və Təhsil Nazirliyi 2022-ci ildə “SABAH” qrupları üzrə tələbələrin statistikasını açıqlayıb.

Nazirlikdən hafta.az-a bildirilib ki, cari ildə 11 ali təhsil müəssisəsində 31 ixtisas üzrə 830 tələbə məzun olub. 2022-2023-cü tədris ilində 32 ixtisas üzrə 985 nəfər “SABAH” tələbəsi adını qazanıb.

Qeyd edək ki, ötən tədris ilində “SABAH” qruplarına 29 ixtisas üzrə 724 nəfər qəbul olunmuşdu.